MWENERGY Şirkəti yarandığı gündən etibarən kreativ düşüncəli yaradıcı heyəti ilə müştəri etimadını qazanmağa və şirkət prinsiplərinə əsaslanaraq sağlam mühitin formalaşmasına çalışır. Şirkətimizin ən böyük üstünlüyü göstərilən sahələrin hər biri üzrə mütəxəssisləşmiş mühəndislərin bir arada, koordinasiyali və mərkəzləşdirilmiş şəkildə toplanmasıdır. Müştərilərimiz istər kiçikmiqyaslı, istərsə də böyükmiqyaslı elektrik işləri üçün şirkətimizdən yararlana bilərlər. İşiniz Sizə tam təhvil verildikdən sonra belə biz özümüzü məsuliyyətdən azad etmirik və istehlakçıya müvafiq zəmanətlər verilir.

Missiyamız innovativ texnologiyadan istifadə edərək keyfiyyətli və eyni zamanda sürətli iş, minimal qiymət və ən önəmlisi müştərilərimizin məmnuniyyətini təmin etməkdir.

Məqsədimiz Elektrik və Elektronika sahəsinin 4 böyük qolunu bir araya gətirməklə başlatdığımız bir ilki doğrultmaq və bir Azərbaycan şirkəti olaraq dünya miqyasında öndə gedən şirkətlər sırasında yer almaqdır.

Biz 2007-ci ildə Elektrik və Elektronika sahəsinin 4 böyük qolunu bir araya gətirmək məqsədi ilə yaranmış və Mega Watt Energy MMC adı altında fəaliyyət göstərən şirkətik. Fəaliyyət sahələrimiz: Energetika, Ağıllı Ev Sistemləri, İT & Mühafizə Sistemləri, Yüksək Gərginlik Sistemləri