
Gördüyümüz işlər
Bu sahədə gördüyümüz işlər sırasında obyektlərin interkom, girişə nəzarət sistemlərinin təşkili, daxili və xarici tip kameraların quraşdırılması, yanğın siqnalizasiya sisteminin yığılması, müxtəlif növ sensorların istifadəsi ilə təhlükəsizliyin təminatı, internet, TV, telefon və səs-anons sistemlərinin təşkili, müxtəlif növ server otaqlarının hazırlanmasını qeyd edə bilərik. Mütəxəssislərimiz sadalanan sahələrdə Sizə hər zaman xidmət etməyə hazırdırlar.
İnterkom, Video Müşahidə, Girişə Nəzarət Sistemləri
Yarandığı gündən bu günə qədər (2016-2019) 1500-dən çox mənzil, 20-dən çox binalarda interkom (domofon) sistemini təşkil etmiş şirkətimiz bu sahədə ölkəmizdə ən öndə gedən şirkətlərdən biridir. Xarici partnyor şirkətlərlə birlikdə Sizə bu sahədə ən uyğun həll yolu tapmağa həmişə hazırıq. İstər daxili, istərsə də xarici tip kamera sisteminin təşkili üçün də bizə müraciət edə bilərsiz. İnkişaf etmiş texnologiya ilə təchiz olunmuş kameralar vasitəsi ilə gecə saatlarında belə dəqiq bir görüntü əldə edilir. Kamera görüntülərini istənilən zaman smartfon vasitəsi ilə canlı olaraq izləyə biləcəksiz. Həmçinin bu çəkilişlər müəyyən müddət ərzində yaddaşda saxlanılaraq lazım olduğu zaman görüntülənə bilər


İnternet, TV, Telefon Sistemləri
Müasir dövrdə bu sistemlər olmadan yaşaya bilərsizmi? Yəqin ki, xeyr. İstər internet istifadəsi, istərsə də lokal şəbəkə üzərindən məlumatların ötürülməsi istehlakçıların ən önəmli tələblərindən biridir. Yalnız bu sistemlərin kəsintisiz və uzunömürlü fəaliyyət göstərməsi üçün alt infrastukturunun düzgün təşkil olunması vacibdir. Şirkətimiz bu sahədə Sizə tam dəstək olmağa hazırdır. Kabelləşmə topologiyasının və server otaqlarının qüsursuz təşkilini həyata keçirərək Sizin obyektinizi güvənilir sistemlə təchiz edəcəyik. IP/Analog olaraq bölünən TV, telefon sistemlərinin təşkil olunması da gördüyümüz işlər sırasındadır. Uyğun kabellərin, birləşdirici və bölücü avadanlıqların seçilməsi və düzgün montaj işlərinin tətbiqi nəticəsində, Siz yüksək keyfiyyətli görüntü və kəsintisiz səs ilə təmin olunmuş TV, telefon sistemlərinə sahib olacaqsız.Yanğın Siqnalizasiya Sistemləri
Şirkətimiz son texnologiya ilə hazırlanmış yanğın siqnalizasiya sistemləri vasitəsi ilə obyektlərin mümkün yanğın təhlükəsinə qarşı xəbərvermə və qoruyucu tədbirlərin görülməsi prosesini həyata keçirməkdədir. Yanğın ilkin mərhələdə aşkar edilir, yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalı mərkəzə ötürülür. Bu sistem müvafiq avadanlıqlar ilə sinxron olaraq çalışır. Həyəcan siqnalı işə düşən zaman bölgənin kamerası yanğın olan bölgədə aktiv müşahidə etmə mərhələsinə keçir, lift və havalandırma sistemlərində müvafiq tədbirlər görülür, tüstüsovurma sistemləri işə salınır və yanğın anons sistemi insanları ən yaxın yanğın çıxışına yönləndirir.
